Avropa İttifaqı (Aİ) koronavirusla mübarizəyə 230 milyon avro həcmində vəsait ayırıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin Böhranın İdarə Olunması üzrə Komissarı Yanez Lenarçiç bu gün Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
“Avropa İttifaqı koronavirusla mübarizədə beynəlxalq səylərə dəstək olaraq 230 milyon avro həcmində vəsait ayırıb”, - deyə o qeyd edib.