Bank Of Baku

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatı uzadılıb

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin mandatı uzadılıb
# 25 fevral 2020 23:50 (UTC +04:00)

Avropa İttifaqının Şurası bu qurumun Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın səlahiyyət müddətini daha 12 ay uzadıb. 

APA-nın xəbərinə görə, o, 2021-ci il fevralın 28-dək bu postda qalacaq. 

Qeyd edək ki, Aİ Şurası Toivo Klaarla yanaşı, digər 5 xüsusi nümayəndəsinin də səlahiyyət müddətlərini artırıb.

Xatırladaq ki, Toivo Klaar 2017-ci ilin noyabrında ilk dəfə bu posta təyin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR