Azərbaycanın Qarsdakı Baş konsulu Şanlıurfada görüşlər keçirib - FOTO

Azərbaycanın Qarsdakı Baş konsulu Şanlıurfada görüşlər keçirib - FOTO
# 25 fevral 2020 03:11 (UTC +04:00)

Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev Türkiyənin Şanlıurfa vilayətinin valisi Abdullah Erin, Silahlı Qüvvələrin bu bölgədəki ağır zirehli briqada komandanı, general mayor Oqtay Ağbuqa, vilayətin baş prokuroru Tolgahan Öztoprak, Daxili İşlər Nazirliyinin vilayət üzrə rəisi Səlcuk Doğuş və vilayətin Jandarma komandanı, polkovnik Eyup Sabri Kirişçi ilə görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri iki qardaş ölkənin tarixi əlaqələrini daha da möhkəmləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR