Dünyada son sutkada 700 846 nəfər koronavirusa yoluxub, 13 289 nəfər ölüb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 74 299 042 yoluxma hadisəsi, 1 669 982 ölüm faktı qeydə alınıb.
Yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (352 665) payına düşür. Digər yerləri isə Avropa (265 890), Cənub-Şərqi Asiya (35 166) bölüşür.