İran-Azərbaycan sərhədində qalan Gürcüstan vətəndaşlarının ölkəyə gətirilməsi prosedurları razılaşdırılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Tərəfdaş ölkələrlə məsləhətləşmələrin nəticəsi olaraq İran-Azərbaycan sərhədində qalan Gürcüstan vətəndaşlarının hərəkətinin təmin edilməsi prosedurları razılaşdırılıb”, - deyə bəyanatda qeyd olunub.