Türkiyə, Almaniya, Britaniya və Fransa liderlərinin videokonfrans vasitəsilə görüşü başa çatıb.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Boris Conson və Emmanuel Makron arasındaki görüş 1 saat 15 dəqiqə çəkib.
İstanbulda Vahdəddin köşkündə yerli vaxtla saat 17:00-da başlayan videokonfransda liderlər İdlib mövzusunda, Türkiyə-Avropa İttifaqı münasibətləri ətrafında müzakirələr aparıblar. Bundan başqa dördtərəfli videogörüşdə hazırda bütün dünyanın başlıca problemi olan koronavirus mövzusu da müzakirə olunub.
Qeyd edək ki, 4 liderin bu gün İstanbulda baş tutacaq görüşü keçən həftə koronavirus epidemiyası ilə əlaqədar ləğv olunaraq, vedokonfrans şəklində keçirilməsinə qərar verilib.