“Koronavirusa qarşı peyvəndin ilk sınaqlarına başlanılıb”.
APA-nın məlumatına görə, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.
"Bu, inanılmaz bir müvəffəqiyyətdir. Koronavirusla mübarizə çərçivəsində bir araya gələn tədqiqatçıları alqışlayırıq", - deyə ÜST rəhbəri vurğulayıb.
O, koronavirusun qarşısının alınmasına kömək edəcək peyvəndin ilk sınağına sözügedən virusun meydana gəlməsindən təxminən iki ay sonra başlanıldığını vurğulayıb.