Bank Of Baku

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi: Ukraynaya 2 milyard dollarlıq silah yardımı göndəriləcək

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi: Ukraynaya 2 milyard dollarlıq silah yardımı göndəriləcək
# 29 oktyabr 2025 07:38 (UTC +04:00)

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, qarşıdakı aylarda Ukraynaya əlavə 2 milyard dollarlıq hərbi yardım ayrılması gözlənilir.

APA xəbər verir ki, bu barədə amerikalı diplomat Bloomberg-ə müsahibəsində bildirib.

“Yəqin ki, qarşıdakı bir neçə ay ərzində daha 2 milyard dollar və ya ondan da çox məbləğdə yardım ayrılacaq. Bunun çox tezliklə baş verəcəyini gözləyirik. Dekabrın əvvəlində xarici işlər nazirlərinin görüşü keçiriləcək və bu məsələ orada yekunlaşdırılacaq” – Uitaker qeyd edib.

Diplomat əlavə edib ki, 2026-cı ilə keçid dövründə əsas məqsəd Ukraynaya sabit dəstəyin təmin edilməsi olacaq:

“Ukraynanın özünümüdafiəsi üçün həyati əhəmiyyət daşıyan silahların alınmasına lazım olan 12–15 milyard dolların toplanması vacibdir. Bu, ABŞ istehsalı silahlar olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR