Bank Of Baku

ABŞ İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıyıb

ABŞ İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıyıb
# 25 mart 2019 20:49 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıyan sənədə imza atıb.

ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bəyannamə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə imzalanıb.

“Bu, bir neçə onilliklər əvvəl baş verməli idi”, - Tramp belə deyib.

Onun sözlərinə görə, İsrail özünü təhlükədən qorumaq üçün 1967-ci ildən Qolan yüksəkliklərinə nəzarəti əlində saxlayır. O qeyd edib ki, indi isə İsraili İrandan və Suriyadakı terror qruplaşmalarından, eləcə də “Hizbullah”dan qorumaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR