Bank Of Baku

ABŞ və Türkiyə vitse-prezidentləri bir-birinə zidd bəyanatlar yayıb

ABŞ və Türkiyə vitse-prezidentləri bir-birinə zidd bəyanatlar yayıb
# 04 aprel 2019 03:04 (UTC +04:00)

ABŞ Türkiyə ilə dostluq və müttəfiqliyi təhlükə altına qoymamalıdır. 

ONA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oqtay amerikalı həmkarı Mayk Pensin bəyanatına cavab olaraq deyib. 

“Birləşmiş Ştatlar qərara gəlməlidir - ya Türkiyə ilə müttəfiq qalmağı, ya da dostluğu təhlükə altına qoyaraq, terrorçularla əməkdaşlıq etməyi seçməlidirlər”, - deyə F. Oqtay bildirib. 

Bundan öncə isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemləri almasını şərh edərkən bunun qəbul olunmaz olduğunu bəyan edib.

"Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək, bu əməkdaşlığın təhlükəsizliyi ilə bağlı risk etmək istəyir",- deyə Pens bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR