Bank Of Baku

AFP: Fransa Durovun ölkədə görünməsindən təəccüblənir, axtarışdan xəbəri var idi

Pavel Durov

© APA | Pavel Durov

# 25 avqust 2024 10:24 (UTC +04:00)

Fransız müstəntiqləri “Telegram”ın yaradıcısı və baş meneceri Pavel Durovun mövcud problemlərdən xəbərdar olmasına baxmayaraq, Parisə gəlməyə cəsarət etməsinə təəccüblənirlər.

APA xəbər verir ki, bu barədə AFP yazır.

"Artıq Telegram-ın cəzasız qalmasına yetər demək lazımdır" deyə Fransanın hüquq-mühafizə orqanındakı anonim bir əməkdaş agentliyə bildirib.

Onu da qeyd edək ki, eyni zamanda, Durov özü aprel ayında Taker Karlsona verdiyi müsahibədə etiraf edib ki, həbs olunacağı təqdirdə Telegram-ın fəaliyyətini davam etdirmək üçün əvvəlcədən tədbirlər görüb.

Xatırladaq ki, Durov avqustun 24-də Paris Le Burje hava limanına enən kimi saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR