Bank Of Baku

Aİ İranda müharibəyə görə enerji resurslarına 3 mlrd. avro əlavə vəsait ödəyib

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

© APA | Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

# 11 mart 2026 14:30 (UTC +04:00)

Avropa İttifaqı enerji resurslarına 3 milyard avro əlavə pul ödəyib.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu gün Avropa parlamentində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının ilk on günü ərzində enerji daşıyıcılarının qiymətinin artması səbəbindən enerji resurslarına 3 milyard avro əlavə vəsait ödənilib.

“Münaqişənin başlanğıcından bəri qazın qiyməti 50%, neftin qiyməti isə 27% artıb. Bu artımı avroya çevirsək, müharibənin 10 günü ərzində Avropa vergi ödəyicilərinə neft-qaz idxalı əlavə 3 milyard avroya başa gəlib. Bu, asılılığımızın qiymətidir”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR