Aİ komissarı: Gürcüstan üçün 1,9 milyard avro səfərbər edilib

Aİ komissarı: Gürcüstan üçün 1,9 milyard avro səfərbər edilib
# 20 fevral 2024 19:41 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) İqtisadi və İnvestisiya Planı çərçivəsində Gürcüstan üçün 1,9 milyard avro səfərbər edib.

APA xəbər verir ki, bu barədə Aİ-nin qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ittifaqın Xarici İşlər və Təhlüksizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell və Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə açıqlamasında bildirib.

O qeyd edib ki, sözügedən vəsait enerji, nəqliyyat, kiçik və orta sahibkarlığın inkişafı, insan haqları və digər sektorlara yönəldiləcək.

Varhelyi daha sonra “X” platformasındakı paylaşımında bu vəsaitin 205 milyon avrosunu qrantların təşkil edəcəyini qeyd edib. O, Aİ maliyyəsinin eyni zamanda Qara dənizin dibi ilə elektrik enerjisi və fiberoptik internet kabelinin çəkilməsinə xərclənəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR