Bank Of Baku

Aİ komissarı: Gürcüstana namizəd statusu verilməlidir

Aİ komissarı: Gürcüstana namizəd statusu verilməlidir
# 13 dekabr 2023 13:38 (UTC +04:00)

“Gürcüstan uzun yol qət edib. Gürcüstan və hökumətinə namizəd statusu verilməlidir”.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.

“Bu, strateji qərardır və liderlər tərəfindən qəbul edilməlidir. Düşünürəm ki, bizim təkliflərimiz aydındır”, - Aİ komissarı əlavə edib.

O, yekun qərarın Aİ Şurası tərəfindən qəbul ediləcəyini bildirib, Gürcüstan xalqını və hökumətini bu istiqamətdə işləməyə davam etməyə çağırıb.

Qeyd edək ki, 15-16 dekabr tarixlərində Aİ Şurası tərəfindən Gürcüstana namizəd statusunun verilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR