Bank Of Baku

Aİ lideri: Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır

Aİ Şurasının Prezidenti Antonio Koşta

© APA | Aİ Şurasının Prezidenti Antonio Koşta

# 10 mart 2026 13:59 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə münaqişədə bütün tərəfləri maksimum təmkin göstərməyə və danışıqlar masasına qayıtmağa çağırıb.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Aİ səfirlərinin konfransında bildirib.

Onun sözlərinə görə, enerji qiymətlərinin artması ilə Rusiya Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirmək üçün yeni resurslar qazanır və Ukrayna cəbhəsinə diqqətin azalmasından faydalanır.

Koşta əlavə edib ki, Yaxın Şərqdə müharibədən qazanclı çıxan yeganə tərəf Rusiyadır: “Ukraynaya göndəriləcək hərbi yardımın Yaxın Şərqə göndərilməsi Rusiyaya faydalıdır. Yaxın Şərqdə müharibənin gündəmə çıxması və Ukraynaya diqqətin azalması Rusiya üçün əlverişlidir”.

O, eskalasiyanın daha da şiddətlənməsinin Yaxın Şərqlə birlikdə Avropanı və daha geniş regionu da təhdid etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR