Bank Of Baku

Aİ Rusiyaya qarşı hibrid fəaliyyətlərə görə sanksiyanın müddətini uzadıb

Aİ Rusiyaya qarşı hibrid fəaliyyətlərə görə sanksiyanın müddətini uzadıb
# 03 oktyabr 2025 16:55 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) “hibrid fəaliyyətlərinə” görə Rusiyaya tətbiq etdiyi sanksiya rejimini bir il müddətinə uzadıb.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında məlumat verilib.

Bəyanatda bildirilir ki, sanksiyalar 9 oktyabr 2026-cı ilə qədər uzadılıb.

Bu sanksiya mexanizmi ötən ilin 8 oktyabrında, Aİ-nin Rusiyaya qarşı olan əsas sanksiya paketlərinə əlavə olaraq tətbiq edilib. Sanksiyalar 47 fiziki şəxsin və 15 təşkilatın aktivlərinin dondurulması və onların Aİ ərazisinə girişinin qadağan edilməsini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR