Bank Of Baku

Niderlandda güclü fırtına səbəbindən 40-dan çox aviareys ləğv edilib

Niderlandda güclü fırtına səbəbindən 40-dan çox aviareys ləğv edilib
# 24 oktyabr 2026 00:50 (UTC +04:00)

Niderlandda müşahidə olunan “Ostin” fırtınası səbəbindən KLM aviaşirkəti Amsterdamın Sxiphol hava limanından həyata keçirilən 40-dan çox reysi ləğv edib.

“Reuters” agentliyinin məlumatına görə, oktyabrın 23-də güclü külək və leysan yağışları ilə əlaqədar 20 aviareys ləğv olunub. Oktyabrın 24-də isə daha 22 reysin ləğvi nəzərdə tutulur.

Ləğv edilən uçuşlar arasında Amsterdamdan Cenevrə, London və Bergenə, eləcə də Varşava, Birmingem və Liondan Amsterdama nəzərdə tutulan reyslər var.

Bundan başqa, müxtəlif aviaşirkətlərə məxsus onlarla uçuşda iki saat və daha çox gecikmə qeydə alınıb.

Sxiphol hava limanının mətbuat xidməti isə fırtınanın hava limanının ümumi fəaliyyətinə təsirinin hələlik məhdud olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR