Bank Of Baku

Aİ səfiri Rusiyanın Kiyevə hücumu zamanı gecəni hamam otağında keçirib - FOTO

Aİ səfiri Rusiyanın Kiyevə hücumu zamanı gecəni hamam otağında keçirib - FOTO
# 22 oktyabr 2025 13:38 (UTC +04:00)

Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova Rusiyanın Kiyevə genişmiqyaslı hava hücumu zamanı gecəni hamam otağında keçirib.

APA xəbər verir ki, səfir bu barədə özünün “Facebook” səhifəsində foto ilə paylaşım edib.

“Sirena səsi fasiləsiz çalırdı. Partlayışlar divarları silkələyirdi Və yalnız bir fikrim vardı: Daha bəsdir. Bu müharibə artıq bəsdir”, - səfir yazıb.

Diplomat vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi “çox uzun müddətdir davam edir və çox güc aparır”.

“Bu müharibədə hər gün yeni qurbanlar var. Hər gecə yeni hücumlar. Ukrayna müqavimət göstərir, amma yorulub və yaralıdır. Ölkədən kənarda danışıqlar və görüşlər planlaşdırılır. Kiyevdən isə bunlar sonsuz görünür”, – o qeyd edib.

Səfir onu da bildirib ki, Avropa İttifaqı Ukraynanın etibarlı tərəfdaşı olaraq qalır: “Biz bu məqamın nə qədər ciddi olduğunu anlayırıq. Biz üz çevirmirik. Ukraynaya dayana bilməsi və ədalətli, uzunmüddətli sülhə nail olması üçün bütün mümkün yolları axtarırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR