Bank Of Baku

Aİ Trampın prezident seçiləcəyi halda Ukraynaya yardım üçün yeni strategiya hazırlayır

Aİ Trampın prezident seçiləcəyi halda Ukraynaya yardım üçün yeni strategiya hazırlayır
# 02 avqust 2024 11:40 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Donald Trampın ABŞ prezident seçiləcəyi halda Ukraynaya maliyyə yardımı üzrə yeni strategiya hazırlayır.

APA xəbər verir ki, bu barədə yazı “Financial Times”da dərc olunub.

Nəşr yazır ki, bununla bağlı yaradılan xüsusi işçi qrupuna həmçinin, Kamala Harrisin də qələbə şansını qiymətləndirmək həvalə olunub.

Sözü gedən qrup eyni zamanda noyabr seçkisindən sonra ABŞ-nin həm Ukrayna, həm də Avrozona üzrə strategiyasını dəyişəcəyi təqdirdə atılacaq addımları qiymətləndirməli və müvafiq fəaliyyət planı tərtib etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR