Bank Of Baku

Baş katib: Azərbaycan süni intellekt üzrə strateji yol xəritəsinin hazırlanmasında iştirak edir

Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi

© APA | Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi

# 27 oktyabr 2026 13:01 (UTC +04:00)

"Azərbaycan süni intellekt üzrə strateji yol xəritəsinin hazırlanmasında iştirak edir".

APA xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi deyib.

Baş katib bildirib ki, Azərbaycan süni intellektin tətbiqinə dair hökumətlərin ehtiyaclarını və hazırlıq səviyyəsini nəzərə alan strateji yol xəritəsinin hazırlanmasında iştirak edən ölkələrdən biridir: “Texnologiyaların mədəniyyətləri bir-birinə yaxınlaşdırması üçün onların inkişafı öz axarına buraxılmamalı, bu prosesin formalaşmasında müxtəlif tərəflər iştirak etməlidir. 2025-ci ildə təşkilatın üzv dövlətləri tərəfindən qəbul edilən Ər-Riyad Bəyannaməsində texnologiyaların insanlara xidmət etməli olduğu təsdiqlənib. Bunun üçün bacarıqların inkişafına, infrastruktura və məsuliyyətli idarəetməyə investisiyalar yatırılmalıdır".

O vurğulayıb ki, süni intellektin tətbiqi yalnız texnoloji inkişafın miqyası ilə deyil, insanların həyatına verdiyi töhfə ilə də qiymətləndirilməlidir: “Təşkilat işçilərin və kiçik biznes nümayəndələrinin təlim imkanlarına çıxışını genişləndirir, həmçinin Afrika ölkələrinə öz texnoloji həllərini hazırlamaqda dəstək göstərir".

Çıxışda yerli icmaların mədəniyyət və tarixlərinin süni intellekt vasitəsilə təqdim olunmasına nəzarət imkanlarının qorunmasının vacibliyi də qeyd edilib. Bildirilib ki, bu sahədə insan hüquqları, şəxsi həyatın toxunulmazlığı və yerli icmaların rifahı əsas prioritetlər olmalıdır.

Şeyxa Əl Nuveysi iki ildən sonra keçiriləcək növbəti görüşdə tərəflərin yalnız müzakirələrin nəticələrini deyil, həm də əldə olunan real dəyişiklikləri təqdim etməsinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR