Avropa İnvestisiya Bankı (AİB) və Avropa Komissiyası Ukraynada etibarlı su təchizatı, icmalar üçün təhlükəsiz mənzil təminatı və enerji dayanıqlığının gücləndirilməsi məqsədilə Avropa İttifaqının (Aİ) 200 milyon avrodan çox yeni qrant maliyyələşdirməsini elan edib.
APA xəbər verir ki, bu barədə “Evropeyskaya pravda” AİB-ın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Yeni qrantlar və AİB kreditləri Aİ büdcə zəmanətləri ilə təmin olunub və Ukrayna üçün 50 milyard avroluq Fondun bir hissəsi olan İnvestisiya Proqramı çərçivəsində həyata keçirilir.