Paşha Bank
Bank Of Baku

Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov

© APA | Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov

# 23 oktyabr 2026 13:16 (UTC +04:00)

Hindistan xarici işlər nazirinin bu səfərini çox önəmli hesab edirik.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Hindistan xarici işlər naziri Subramanyam Cayşankarla keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, son illər ərzində bir sıra məsələlərlə bağlı iki ölkə arasında fikir müxtəlifliyi olub: “Bu da ikitərəfli münasibətlərə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa təsir edirdi. Biz bu gün bu məsələləri açıq və konstruktiv şəkildə müzakirə etdik. Bu müzakirənin nəticələrini qısa müddətdə görəcəyik”.

Ceyhun Bayramov qeyd edib ki, bugünkü danışıqlar yeni əməkdaşlıq imkanlarına yol açacaq.

Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan iqtisadi əməkdaşlıq imkanları barədə də müzakirə aparılıb.

“Bu ilin ilk 6 ayı ərzində ticarət dövriyyəmiz 600 milyon ABŞ dolları civarındadır. Bu iki ölkənin potensialını əks etdirmir”, - XİN rəhbəri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR