Bank Of Baku

Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım paketi hazırlayır

Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım paketi hazırlayır
# 18 fevral 2025 22:16 (UTC +04:00)

Aİ ölkələri Kiyevin strateji mövqelərini gücləndirmək üçün Ukraynaya azı 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır.

APA xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 6 milyard avroluq rəqəm “başlanğıc rəqəm” hesab olunur və bu məbləğ 10 milyard avroya qədər arta bilər.

Məqalədə deyilir ki, Avropa ölkələri Ukraynaya nə göndərə və nəyi göndərə bilməyəcəklərini anlamaq üçün ilk növbədə öz ehtiyatlarını öyrənmək niyyətindədirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR