Aİ xarici işlər nazirləri Rusiyaya qarşı 19-cu sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib.
APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən Xarici Əlaqələr Şurasının bugünkü iclasından sonra brifinqdə bildirib.
Kallas bildirib ki, məsələ oktyabrın 23-24-də keçiriləcək Aİ sammitinə qədər təxirə salınıb.
"Rusiyaya qarşı 19-cu sanksiyalar paketi sonuncu olmayacaq", - o əlavə edib.