AK Partiya sözçüsü Fransa XİN başçısından Ağrı dağı paylaşımını silməyi tələb edib

AK Partiya sözçüsü Fransa XİN başçısından Ağrı dağı paylaşımını silməyi tələb edib
# 04 oktyabr 2023 17:39 (UTC +04:00)

Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistana səfəri çərçivəsində “X” sosial şəbəkəsində Ağrı dağının rəsmini istifadə etməsi böyük bir səhvdir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu, çarəsizlik, Azərbaycanın Qarabağı azad etməsindən narahat olmanın göstəricisidir: “O paylaşım silinməlidir! Ağrı dağının rəsminin bu şəkildə istifadə olunması böyük diplomatik xətadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR