Kapadokyada Göreme Açıq Hava Muzeyində baş vermiş uçqun nəticəsində ölənlərin sayı artıb.
NTV xəbər verir ki, hadisə nəticəsində daha bir nəfərin meyiti tapılıb, ölənlərin sayı 3-ə çatıb.
***
17:19
Kapadokyada Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası” uçub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.
Uçqun altında qalanların olduğu bildirilir.
Axtarış-xilasetmə qrupları ərazidə işləri davam etdirir.