Bank Of Baku

Almaniya bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək

Almaniya bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək
# 01 aprel 2019 15:36 (UTC +04:00)

Almaniya bir ay müddətində BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.

ONA xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Bildirilir ki, Almaniya son 7 ildə ilk dəfə yenidən BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək. Almaniyanın xarici işlər naziri Hayko Maas bu gün Təhlükəsizlik Şurasının sədri, Fransanın xarici işlər naziri Jan-İv Le Drianı sədr vəzifəsində əvəz etmək üçün Nyu-Yorka yola düşüb.

“BMT Təhlükəsizlik Şurasının sədri kimi üzərimizə götürdüyümüz məsuliyyətin bütün dərinliyini dərk edirik”, - deyə H. Maas bildirib. 

Qeyd edək ki, Almaniya bu ilin əvvəlində iki il müddətində Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü siyahısına daxil olub.  
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR