Bank Of Baku

Almaniya səfiri məsləhətləşmələrdən sonra Tbilisiyə qayıdıb

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer

© APA | Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer

# 06 noyabr 2025 12:54 (UTC +04:00)

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Berlində məsləhətləşmələrdən sonra bu gün Tbilisiyə qayıdıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında bildirilib.

Qeyd olunub ki, səfir XİN-nin hərtərəfli dəstəyi ilə Gürcüstandakı fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, Almaniya Gürcüstandakı səfirini məsləhətləşmələr üçün bu ilin oktyabrın 19-da geri çağırmışdı. Gürcüstan hökuməti diplomatı ölkədə radikal gündəmin təşviqində və Almaniya ilə münasibətlərə ciddi xələl gətirməkdə ittiham edir. Baş nazir İrakli Kobaxidze bu yaxınlarda bildirib ki, Almaniya yeni səfir təyin edəndən sonra Gürcüstan hökuməti onunla əməkdaşlığa açıq olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR