Almaniya "Şimal axını"nda partlayışlarda şübhəli bilinən şəxsin həbsinə order verib

Almaniya "Şimal axını"nda partlayışlarda şübhəli bilinən şəxsin həbsinə order verib
# 14 avqust 2024 10:27 (UTC +04:00)

Almaniya "Şimal axını"nda törədilən partlayışlarda şübhəli bilinən şəxsin həbsinə order verib.

APA “Süddeutsche Zeitung” qəzeti ARD telekanalı və “Die Zeit” qəzetinin birgə araşdırmasına istinadən xəbər verir ki, Almaniya Baş Prokurorluğu “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinin partladılmasında əli olmaqda şübhəli bilinən ukraynalı dalğıc təlimatçısının həbsinə order verilib.

Nəşrin yazdığına görə, söhbət Ukrayna vətəndaşı, sualtı üzgüçülük məktəbinin əməkdaşı Vladimir. Ç-dən gedir, onun bu yaxınlarda Polşada yaşadığı bildirilir. Məlumata görə, Vladimir Ç. hazırda gizlənib. Almaniya prokurorluğu, aralarında qadının da olduğu daha iki ukraynalı dalğıc təlimatçısını "Şimal axını"nda təxribatda iştirakda şübhəli bilir. Ehtimal olunur ki, hər 3 şəxs Almaniya istintaqının diqqət mərkəzində olan "Andromeda" yelkənli yaxtasının ekipajının bir hissəsi ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR