Bank Of Baku

Almaniyada festivalda bıçaqlı hücum olub, üç nəfər ölüb, xeyli yaralı var

Almaniyada festivalda bıçaqlı hücum olub, üç nəfər ölüb, xeyli yaralı var
# 24 avqust 2024 01:39 (UTC +04:00)

Almaniyanın Solingen şəhərində keçirilən festivalda bir nəfərin insanlara bıçaqla hücum etdiyi bildirilir.

APA xəbər verir ki, festivalda baş verən hücumla bağlı təfərrüatlar Almaniya mətbuatında paylaşılıb.

Hücum zamanı ən azı 3 nəfərin həlak olduğu, çoxlu sayda insanın yaralandığı bildirilir.

Almaniyanın “Bild” qəzetində hücum çəkən şəxsin hadisə yerindən qaçdığı bildirilir.

Şəhərdə geniş təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı Almaniya rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR