Almaniya kansleri Yeni ilin qeyd edilməsi ilə bağlı məhdudiyyətlər barədə danışıb.
APA-nın xəbərinə görə, Olaf Şols qeyd edib ki, ayın sonunda diskotekalar bağlı olacaq. İdman tədbirləri isə məhdud çərçivədə keçiriləcək.
Region rəhbərlərinə təntənəli tədbirlər keçirməmək barədə tapşırıq verilib. Ölkədə məhdudiyyət tədbirləri dekabrın 28-də qüvvəyə minəcək. Yeni qərara görə vaksin olunmayanlar evə yalnız 2 qonaq çağıra bilərlər.
Bütün idman tədbirləri, o cümlədən futbol tamaşaçısız oynanılacaq. Bütün məhdudiyyətlər 7 yanvarda start götürəcək ölkə çempionatınadək sanitar vəziyyəti nəzarətdə saxlamağa yönəlib.
Bununla belə, hökumət sərt karantinə getməyi planlaşdırmır.