Bank Of Baku

Almaniyanın vitse-kansleri Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini açıqlayıb

Almaniyanın vitse-kansleri Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini açıqlayıb
# 21 avqust 2024 03:43 (UTC +04:00)

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi üzrə vitse-kansleri Robert Habek Ukraynaya yardımın heç bir şərt olmadan veriləcəyini bildirib.

APA xəbər verir ki, o, bu mövqeyini Funke media qrupuna müsahibəsində bildirib.

"İlk növbədə, açıq şəkildə bildirmək istəyirəm və bütün Almaniya hökuməti adından demək istəyirəm ki, bizim sözümüz qüvvədə qalır: Almaniya Ukraynanı dəstəkləməyə davam edəcək", - deyə Habek bildirib.

O həmçinin G7 ölkələrində Ukraynanın ehtiyacı olan hər şeyin olduğunu, Ukraynanın gələcəkdə təcili ehtiyac duyulan silah sistemlərini ala biləcək maddi vəsaiti də əldə edəcəyini bildirib.

Onun sözlərinə görə, maliyyələşdirmə kredit vasitəsilə həyata keçiriləcək və bu, dondurulmuş Rusiya aktivlərindən əldə edilən faiz gəlirləri hesabına ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR