Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
APA xəbər verir ki, nazir bu barədə “X” hesabında paylaşım edib.
O bildirib ki, Azərbaycan həm Avropa İttifaqı, həm də Almaniya üçün etibarlı tərəfdaşdır:
“Strateji Gündəliyimiz çərçivəsində münasibətlərimizi birlikdə daha da dərinləşdiririk. Almaniya Azərbaycan və Ermənistan arasında sülhü və əməkdaşlığı təşviq edir. Regionda sülhün təmin olunmasına dəstək verməyə hazırıq”.