Paşha Bank
Bank Of Baku

“İpək Yolu Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb

“İpək Yolu Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
# 17 noyabr 2026 16:10 (UTC +04:00)

Azərbayca Mərkəzi Bankı tərəfindən “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi məhdudlaşdırılıb.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilib.

“İpək Yolu Sığorta” ASC-nin müraciətinə əsasən, 11 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi “Aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası”, “Elektron cihaz və avadanlıq sığortası”, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası”, “Fiziki şəxslərin əmlakının sığortası”, “Fərdi qəza (bədbəxt hadisələrdən) sığortası”, “Hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əmlakının sığortası”, “Hava limanı sahiblərinin və hava hərəkəti idarəetmə orqanlarının mülki məsuliyyətinin sığortası”, “Hava nəqliyyat vasitələrinin sığortası”, “Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası”, “İş fəaliyyəti prosesinin dayanmasının sığortası”, “İşəgötürənin məsuliyyətinin sığortası”, “Könüllü tibbi sığorta”, “Montaj sığortası”, “İpoteka predmeti olan əmlakın sığortası”, “Qiymətli əşyaların daşınması sığortası”, “Bankların və maliyyə xidmətləri göstərən digər hüquqi şəxslərin risklərinin kompleks sığortası”, “Səyahətin kompleks sığortası”, “Tikinti-quraşdırma riskləri sığortası”, “Ümumi məsuliyyətin və peşə məsuliyyətinin sığortası”, “Yüklərin sığortası”, “Auditorların peşə məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “Sərnişinlərin icbari fərdi qəza sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb.

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.3-cü maddəsinə əsasən, sığortaçının lisenziyasının qüvvəsinin məhdudlaşdırılması onun müvafiq sığorta növü üzrə yeni sığorta müqavilələri bağlamasını, habelə həmin növ üzrə qüvvədə olan sığorta müqavilələrinin müddətini uzatmasını qadağan edir.

Gələcəkdə “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının biznes fəaliyyəti və strateji hədəfləri ilə əlaqədar olaraq cəmiyyətin sığorta fəaliyyəti istiqamətində dəyişiklik zərurəti yarandığı təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Banka müraciət ediləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR