Angela Merkel Türkiyəyə səfər edib 

Angela Merkel

© APA | Angela Merkel

# 16 oktyabr 2021 13:34 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edib.

APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbərinə görə, Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda görüşüb.

Səfər çərçivəsində Türkiyə ilə Almaniya arasındakı ikitərəfli əlaqələr və və əməkdaşlığın yaxşılaşdırılması üçün atıla biləcək addımlar müzakirə ediləcək.

Həmçinin Liviya, Suriya və Əfqanıstan olmaqla regional və beynəlxalq mövzular da gündəmdə olacaq.

Qeyd edək ki, Almaniya kansleri vəzifəsi ilə vidalaşacaq A.Merkelin 16 illik hakimiyyəti müddətində bu, onun Türkiyəyə 12-ci səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR