Bank Of Baku

Ankara və Tbilisi arasında birbaşa uçuşlar bərpa olunub

Ankara və Tbilisi arasında birbaşa uçuşlar bərpa olunub
# 02 oktyabr 2025 11:21 (UTC +04:00)


Türkiyə və Gürcüstanın paytaxtları –Ankara və Tbilisi şəhərləri arasında birbaşa aviareyslər bərpa olunub.


APA-nın yerli bürosu xəbəri verir ki, “Türk Hava Yolları”nın törəməsi olan aşağıbüdcəli “A Jet” şirkəti ilk Ankara-Tbilisi reysini yerinə yetirib.


Gürcüstanın Hava Limanları Assosiasiyasından bildirilib ki, aviaşirkət Ankara-Tbilisi-Ankara marşrutu üzrə həftədə dörd reys həyata keçirəcək.
İlk reysin sərnişinləri arasında Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandiya və “A Jet” şirkətinin baş direktoru Kerem Sarp da olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR