Ankaranın Beypazarı rayonundakı Hırkatəpə məhəlləsindəki kömür mədənində torpaq çökməsi baş verib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, yaranan hava təzyiqi nəticəsində 15 mədən işçisi yüngül xəsarət alıb.
Yaralı işçilərdən 3-ü xəstəxanada müşahidə altındadır.