Polşa ATƏT-ə sədrliyi İsveçrədən təhvil alıb.
APA-nın xəbərinə görə, rəsmi Varşava 1 il müddətində qurumun koordinatoru funksiyasını yerinə yetirəcək.
Baş nazir Mateuş Moravetski bildirib ki, ölkəsinin bu bir il ərzində məqsədi dünyada və Avropada təhlükəsizliyin qayğısına qalmaqdır.
Ölkənin ATƏT-ə rəhbərliyinə dair proqram yaxın günlərdə Vyanada təqdim ediləcək.