Bank Of Baku

Avropa İttifaqı rəsmi Londona “Brexit”lə bağlı əlavə vaxt verməyəcək

Avropa İttifaqı rəsmi Londona “Brexit”lə bağlı əlavə vaxt verməyəcək
# 03 aprel 2019 18:33 (UTC +04:00)

"Avropa İttifaqı rəsmi Londona “Brexit”lə bağlı əlavə vaxt verməyəcək".

ONA xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker açıqlamasında bildirib. 

Onun sözlərinə görə, aprelin 12-i Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı sazişin təsdiq olunması üçün son tarixdir: "Əgər aprelin 12-nə kimi saziş təsdiq olunmasa, bu müddət daha uzadılmayacaq”.

O vurğulayıb ki, sazişsiz “Brexit”in baş tutması ehtimalı yüksəkdir. 

Qeyd edək ki, aprelin 2-də Böyük Britaniyanın baş naziri Tereza Mey deyib ki, sazişin təsdiq olunması üzrə danışıqların uzadılması üçün Aİ-dən əlavə vaxt istəyəcək.  
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR