Bank Of Baku

Avropa İttifaqına sədrlik Fransaya keçib

Avropa İttifaqına sədrlik Fransaya keçib
# 01 yanvar 2022 02:35 (UTC +04:00)

1 yanvardan etibarən Fransa 6 ay müddətində Avropa İttifaqına rəhbərlik edəcək.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə ölkə prezidenti Emmanüel Makron Yeni il müraciətində bildirib.

Ekspertlərin fikrincə, Fransanın Aİ-yə rəhbərliyi çox çətin dövrə təsadüf edir. Rəsmi Parisin qarşısında duran əsas məsələ İttifaqın pandemiya nəticəsində əhəmiyyətli dərəcədə zəifləmiş iqtisadiyyatını dirçəltməkdir.

Qeyd edək ki, üzv dövlətlərin hər biri 13 ildə bir dəfə 6 ay ərzində Avropa İttifaqına rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR