Bank Of Baku

Avropa Komissiyası: Gürcüstan Aİ-yə üzvlük yolundan daha da uzaqlaşır

Avropa Komissiyası: Gürcüstan Aİ-yə üzvlük yolundan daha da uzaqlaşır
# 18 noyabr 2025 18:38 (UTC +04:00)

Gürcüstan hakimiyyətinin Korrupsiyaya Qarşı Mübarizə Bürosunun ləğvi barədə qərarı ölkənin Avropa İttifaqına (Aİ) üzvlük yolundan daha da uzaqlaşdığını sübut edir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının spikeri Giyom Mersye bildirib.

O, Gürcüstanda korrupsiyaya qarşı mübarizədə tənəzzülün müşahidə olunduğunu qeyd edib.

Mersyenin sözlərinə görə, korrupsiya ilə mübarizə ölkənin Aİ-yə qoşulması üçün yerinə yetirməli olduğu əsas işin bir hissəsidir.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2026-cı ilin martından fəaliyyətini dayandıracaq. Aİ-nin tövsiyəsi ilə 2022-ci ildə yaradılmış qurumun funksiyaları Dövlət Audit Xidmətinə ötürüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR