Bank Of Baku

Ukraynanın Krivoy Roq şəhərinə hücumda yaralananların sayı 58-ə çatıb - YENİLƏNİB

Ukraynanın Krivoy Roq şəhərinə hücumda yaralananların sayı 58-ə çatıb - YENİLƏNİB
# 21 noyabr 2026 10:49 (UTC +04:00)

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində yaralananların sayı 58-ə yüksəlib, onldardan 6-sı uşaqdır.

APA xəbər verir ki, hücum nəticəsində iki nəfər həlak olub. Ölənlər 20 yaşlı təcili tibbi yardım feldşeri və 7 yaşlı oğlandır.

Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun Telegram kanalında verdiyi məlumata görə, yaralananlardan 6-sı uşaq, 3-ü təcili tibbi yardım həkimi, digərləri isə hadisə yerində insanlara kömək edən Fövqəladə Hallar Xidmətinin əməkdaşlarıdır.

***

01.58

Ukraynanın Krivoy Roq şəhəri raket hücumuna məruz qalıb.

APA xəbər verir ki, ballistik raketin düşməsi nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb. Yaralılar arasında uşaqların da olduğu bildirilir.

"Saat 23:00-a olan məlumata görə, dördü uşaq da daxil olmaqla 42 nəfər yaralanıb. 20 yaşlı qız və 7 yaşlı oğlan ölüb. 27 nəfərin vəziyyəti ağırdır. Həkimlər onlara və bütün yaralılara bütün lazımi yardımı göstərirlər", - Şəhər Müdafiə Şurasının sədri Oleksandr Vilkul “Telegram” kanalında yazıb.

Hücum nəticəsində şəhərdə bir xəstəxana, 23 yaşayış binası və bir neçə obyektə ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR