Bank Of Baku

Avropa Parlamenti Moldovada daimi nümayəndəlik açır

Avropa Parlamentinin prezidenti Roberta Metsola

© APA | Avropa Parlamentinin prezidenti Roberta Metsola

# 07 noyabr 2025 12:42 (UTC +04:00)

Avropa Parlamenti Moldovada daimi nümayəndəlik ofisi açır.

APA xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola Moldovaya səfəri zamanı deyib.

“Bu bizim Şərqi Tərəfdaşlıq ölkələrinə və Moldovanın Avropa İttifaqına üzvlüyünə verdiyimiz dəstəyin aydın göstəricisidir. Bu ofis Moldovaya Aİ üzvlüyünə gedən yolda dinamikanı qoruyub saxlamağa kömək edəcək. Moldovanın Aİ-yə ehtiyacı olduğu qədər, Aİ-nin də Moldovaya ehtiyacı var”, - Avropa Parlamentinin prezidenti bildirib.

Qeyd edək ki, bundan əvvəl Avropa Parlamenti noyabrın 7-də Moldovanın paytaxtı Kişinyovda daimi nümayəndəlik açacağını bəyan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR