Bank Of Baku

Baltik ölkələri Rusiya vətəndaşlarının sərhəd keçidlərini məhdudlaşdırmaq barədə razılığa gəlib

Latviya XİN başçısı Edqars Rinkeviçs

© APA | Latviya XİN başçısı Edqars Rinkeviçs

# 07 sentyabr 2022 12:43 (UTC +04:00)

Baltikyanı ölkələr Şengen vizası olan Rusiya Federasiyası vətəndaşlarının sərhəd keçidlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq (bəzi istisnalarla) barədə razılığa gəlib.

APA xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Baltik və Nordik ölkələrinin xarici işlər nazirlərinin Kaunasda iki günlük görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Baltik ölkələri artıq bu məsələni razılaşdırıblar.

“Qərarlar milli hökumətlər tərəfindən milli prosedurlara uyğun olaraq qəbul ediləcək və eyni vaxtda qüvvəyə minəcək”, - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR