Bank Of Baku

Baş nazir: Gürcüstanda hakimiyyəti devirmək planı baş tutmadı

Baş nazir: Gürcüstanda hakimiyyəti devirmək planı baş tutmadı
# 05 oktyabr 2025 00:36 (UTC +04:00)

“Hakimiyyətin devrilməsi məqsədilə Tbilisidə keçirilən mitinqdə təxminən 5-7 min insan iştirak edib. Onlar hərəkətə keçdilər, amma devrilmə uğursuzluqla nəticələndi”.

APA-nın yerli bürosu xəbəri verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, xronolgiyaya nəzər salanda görünür ki, mitinq iştirakçıları hakimiyyəti devirmək üçün uğursuz cəhddən uzaqlaşdılar.

“Yalnız cəhd baş tutmayandan sonra konkret şəxslər və təşkilatlar devrilmədən özlərini uzaqlaşdırmağa başladılar. Məsələn, Salome Zurabişvili, konkret insanlar, fəallar və s. Lakin heç kim məsuliyyətdən qaça bilməyəcək”, - Baş nazir söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR