Bank Of Baku

Baş nazir: Yunanıstan Türkiyə və Suriyaya yardım etməyə hazırdır

Kiriakos Mitsotakis

© APA | Kiriakos Mitsotakis

# 06 fevral 2023 11:55 (UTC +04:00)

Yunanıstan hökuməti Türkiyədə və Suriyada baş vermiş zəlzələ ilə əlaqədar kömək etməyə hazırdır.

APA xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Mitsotakis “Twitter”də yazıb.

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən dərin kədər hissi keçiririk. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk və diqqətimiz zərər çəkmiş bütün insanların yanındadır. Yunanıstan öz resurslarını səfərbər edir və dərhal kömək edəcək”, - Mitsotakis qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR