"Bayraktar AKINCI C" PUA-sı ilk uçuş sınağını başa vurub

"Bayraktar AKINCI C" PUA-sı ilk uçuş sınağını başa vurub
# 24 fevral 2024 19:15 (UTC +04:00)

"AKINCI C" pilotsuz uçuş aparatı ilk uçuş sınaqlarını uğurla başa vurub.

APA TRT-yə istinadən xəbər verir ki, "Baykar" şirkəti tərəfindən hazırlanan "Bayraktar AKINCI C" pilotsuz uçuş aparatı bu gün AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində ilk uçuş sınaqlarını uğurla başa vurub.

Həyata keçirilən sınaq fəaliyyətində "Bayraktar AKINCI C" 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametrlər uğurla sınaqdan çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR