Miqrantlar Belarusla sərhəddə polşalı sərhədçilərə hücum edərək onlara daş atıblar.
APA xəbər verir ki, bu barəd Polşanın Sərhəd Xidməti məlumat yayıb.
“Dünən, mayın 1-də Polşa patrulları iki dəfə hücuma məruz qalıb”, - məlumatda deyilir.
Hücumlar nəticəsində bir sərhədçi və bir Polşa Ordusunun əsgəri üz nahiyədən yaralanıblar.
Ümumilikdə, son 24 saat ərzində Polşa ərazisinə 100-dən çox qanunsuz giriş cəhdi qeydə alınıb.