Bank Of Baku

Belçika parlamentində HAMAS-la bağlı görüntülərin nümayişinə icazə verilməyib

İsrail  xarici işlər nazir Eli Kohen

© APA | İsrail xarici işlər nazir Eli Kohen

# 15 noyabr 2023 14:17 (UTC +04:00)

Belçika parlamentində HAMAS-ın 7 oktyabrda İsrailin cənub ərazilərinə hücumu zamanı törətdiyi vəhşilikləri əks etdirən görüntülərin nümayişinə icazə verilməyib.

APA xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen "X" hesabında bildirib.

"Belçika Parlamentinin sədri Eliane Tillieux vəhşilikləri əks etdirən videonu parlamentdə nümayiş etdirməmək qərarınızla HAMAS-ın törətdiyi hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə göz yumursunuz.

Bu, təbliğat videosu deyil, terrorçuların özləri tərəfindən çəkilmiş kadrlardan yaradılmış və onların İsrail vətəndaşlarını ayrı-seçkilik etmədən qətlə yetirdiklərini göstərən filmdir.

HAMAS-ın cinayətlərinə göz yummaq İsrailin İŞİD-dən də pis bir terror təşkilatına qarşı özünü müdafiə etmək hüququna hörmət qoymamağa bərabərdir. HAMAS İsrail dövlətinin öz vətəndaşlarını müdafiə etdiyi və qanlı terrorizm qarşısında Qərb dünyasının önündə durduğu müharibəni qızışdırmaqda günahkardır", - İsrail XİN rəhbəri deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR