Belqrad administrasiyası yaxınlığında baş verən iğtişaşlar zamanı bir neçə polis əməkdaşı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Həbs edilənlər var.
APA-nın məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Pink telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, hazırda daha bir neçə nəfərin şəxsiyyəti müəyyənləşdirilir, yaxın vaxtlarda onların hamısı həbs olunacaq.
“Harada olsalar da, gizlənə bilməyəcəklər”, - deyə Prezident vurğulayıb.
Qeyd edilib ki, iğtişaşlar zamanı 40-a yaxın adam saxlanılıb.
Serbiyanın Baş naziri Ana Brnabiç də Pink-ə müsahibəsində gözlənilən iğtişaşlar haqqında məlumatlara görə Rusiya xüsusi xidmət orqanlarına təşəkkür edib.